Haqqımızda

We must explain to you how all seds this mistakens idea off denouncing pleasures and praising pain was born and I will give you a completed accounts off the system and expound the actually teaching.

Contact Info

© UCF 2021, All Rights Reserved.

Haqqımızda

Ucar Cannning factory

Ucar Konserv Fabriki (UCF) konservləşmə və şirə emalı sahəsində ölkənin və regionun inkişaf etməkdə olan zavodudur. Əsası 1905-ci ildə qoyulan bu zavod, ingilislərin Ucar rayonunda "biyan kökünün emalı və tədarükü üçün" zavod tikməsi ilə başlayıb. Daha sonra yəni, 1956-cı ildə biyan emalı zavodu, konserv zavodu ilə əvəz edildi. İşləmə prinsipində təbiiliyi və orqanikliyi üstün tutan müəssisəmiz, Azərbaycanın mərkəzi rayonlarından tonlarla seçilmiş meyvəni toplayaraq çeşidləyir, daha sonra onu emal edir. Hazırda müəssisədə 200 litr həcimli aseptik çəlləklərdə nar, alma və heyva şirələri, həmçinin alma, xurma, şaftalı və heyva püresi eləcə də alma və nar konsentratı istehsal edilir. Bundan başqa fabrikdə 1 litrlik şüşə butulkalara şirə dolum xətti mövcuddur. Bununla yanaşı xurma, ərik, əncir, alma və şaftalıdan ibarət müxtəlif meyvələrin qurudulması prosedur mövcuddur. Qurudulmuş meyvələrin məhsul qablaşdırılması da fabrikin istehsal prosedurunun bir parçasıdır. Ən son texnologiya ilə təchiz edilmiş fabikrikdə istehsal edilen məhsullar, Rusiya, Almaniya, İtaliya, Çin və Türkiyə istehsalı olan avadanlıqları ilə həyata keçirilir. Uzun illərdir ki, yüksək keyfiyyəti və əla dadı ilə seçilən zavodun məhsulları Gürcüstan, Qazaxıstan, Çin, Kanada, Ukrayna, Rusiya, Belarus və s. ölkələrə ixrac edilir.

1956

ci ildən sizinlə